Bakı. Trend:
Vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək bildirib ki, tanışlarından biri onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169100 manatını ələ keçirib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.