...

Çilidə 5,9 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 18 Aprel 2025 05:12 (UTC +04:00)
Çilidə 5,9 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çilinin şimalında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi xəbər verib.

Məlumata əsasən, cümə günü Bakı vaxtı ilə saat 04:10-da qeydə alınan zəlzələnin episentri Kalama şəhərindən 177 km cənub-şərqdə, Argentina ilə sərhəddən 50 km aralıda yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “kifayət qədər güclü” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6 bal qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 129,2 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti