...

Çinin şimal-qərbində 5 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 22 Aprel 2025 06:45 (UTC +04:00)
Çinin şimal-qərbində 5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərindən 181 km qərb-şimal-qərbdə 5 bal gücündə təkan qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 20 km, Alakol (Qazaxıstan) gölündən 38 km şərqdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyi MSK-64 şkalası üzrə 6,4 bal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti