...

Bakıda oğurluq edən şəxs tutuldu

Hadisə Materials 22 Aprel 2025 15:41 (UTC +04:00)
Bakıda oğurluq edən şəxs tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunda oğurluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində evdən 1700 manat, 85000 rubl pul vəsaiti və 500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti