...

Ötən gecə ölümlə nəticələnən qəzada 9 nəfər xəsarət alıb

Hadisə Materials 24 Aprel 2025 07:24 (UTC +04:00)
Ötən gecə ölümlə nəticələnən qəzada 9 nəfər xəsarət alıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Lökbatanda 2 nəfərinin ölümü ilə nəticələnən yol qəzasında 9 nəfər xəsarət alıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, 23 aprel 2025-ci il tarixində Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 9 nəfər şəxs (6-si kişi cinsli, 3-ü qadın cinsli) bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

"Dərhal yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər şəxs əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir" - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti