...

Şirvanda üzərində narkotik vasitə aşkarlanan şəxs həbs edildi

Hadisə Materials 5 May 2025 12:41 (UTC +04:00)
Şirvanda üzərində narkotik vasitə aşkarlanan şəxs həbs edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan şəhərində üzərində narkotik vasitə aşkarlanan şəxs həbs edilib.

Trend-in əldə etdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti tədbir zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramil Bağırov saxlanılıb.

Həmin şəxsdən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti