Bakı. Trend:
Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar
41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə
saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.