...

Beyləqanda traktorla minik maşını toqquşub - Xəsarət alan var

Hadisə Materials 24 May 2025 15:41 (UTC +04:00)
Beyləqanda traktorla minik maşını toqquşub - Xəsarət alan var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqanda traktorla minik maşını toqquşub.

Trend-in xəbərinə görə, hadisə rayonun Şəfəq qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı avtomobil traktorla toqquşub.

Nəticədə, "Niva" markalı maşında sərnişin olan 1993-cü il təvəllüdlü Salmanlı Əlisahib Ramiz oğlu ağır dərəcəli xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti