...

Polis paytaxtın müxtəlif rayonlarında narkotik vasitə aşkarlayıb

Hadisə Materials 30 May 2025 13:24 (UTC +04:00)
Polis paytaxtın müxtəlif rayonlarında narkotik vasitə aşkarlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 31 yaşlı S.Musayev saxlanılıb. Onun idarə etdiyi “Hyundai” markalı avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bundan başqa, Xəzər və Sabunçu rayonlarında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 41 yaşlı A.Yusifov və 50 yaşlı İ.Mərdanov da saxlanılıblar.

Onlardan heroin və metamfetamin, yaşadıqları evlərə baxış zamanı isə ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və 17 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti