...

Gizir kredit üçün sənəd saxtalaşdırdı – Hərbi Məhkəmədən cəza gəldi

Hadisə Materials 9 İyun 2025 14:14 (UTC +04:00)
Gizir kredit üçün sənəd saxtalaşdırdı – Hərbi Məhkəmədən cəza gəldi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvanda rəsmi sənədi saxtalaşdıran gizir barədə qərar verilib.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Babək rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat dəstəsinin hava kəşfiyyat manqasında baş texnik vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olub.

O bu dövrdə, bankdan kredit əldə etməkdən ötrü ona xidmət müddəti barədə arayış verilməsi üçün hərbi hissəyə müraciət edib, ona hərbi hissə komandirinin imzası və hərbi hissənin möhürü ilə təsdiqlənmiş arayış təqdim edilib. O həmin arayışı banka təqdim etsə də, xidmət müddətinin bitməsinə az müddət qaldığı üçün ona kredit verilməsindən imtina edilib.

Bundan sonra o, kredit əldə etməsi üçün hərbi hissə tərəfindən təqdim edilmiş həmin arayışda düzəliş edib, guya xidmət müddətinin bitməsinə hələ bir neçə il qaldığını göstərmək qərarına gəlib. Bu məqsədlə hərbi hissənin qərargah binasının 3-cü mərtəbəsində yerləşən, kəşfiyyat dəstəsinin komandirinə məxsus otağa daxil olub, otaqda heç kimin olmamasından istifadə etməklə xidməti “hp” markalı kompüteri işə salıb. O daha sonra Word” faylı yaratmaqla “8” rəqəmi yazıb “Canon” markalı printerdən istifadə edərək bir neçə dəfə çap edərək arayışda olan tarixin sonuncu “5” rəqəminin üzərinə düşəcəyini yoxlayaraq buna əmin olduqdan sonra həmin “5” rəqəmini əvvəlcədən özü ilə gətirdiyi ülgüclə mexaniki üsulla pozub arayışı printerə yerləşdirərək “8” rəqəmini çap edib. O bu yolla xidmət müddətinin bitməsi tarixinə düzəliş edərək hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O həmin sənədi yenidən banka təqdim etsə də arayışda düzəliş edilməsi bank əməkdaşı tərəfindən aşkar edildiyindən kredit almağa nail ola bilməyib.

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin-320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Məcəllənin 50.1-ci maddəsi tətbiq edilərək islah işləri əvəzinə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti