...

Vətəndaşlardan götürülən silahların sayı açıqlandı

Hadisə Materials 9 İyun 2025 12:58 (UTC +04:00)
Vətəndaşlardan götürülən silahların sayı açıqlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyunun 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti