...

Yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Hadisə Materials 11 İyun 2025 14:46 (UTC +04:00)
Yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər də məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti