...

Şabranda avtomobil evə çırpılıb - Ölən və yaralananlar var

Hadisə Materials 23 İyul 2025 09:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şabranda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisəni Şabran şəhər sakini, 17.08.2001-ci il təvəllüdlü Ramazan Süleymanov törədib.

Belə ki, o, idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən Tofiq Abbasov adına tam orta məktəbin yaxınlığında yerləşən yaşayış evinin darvazasına çırpılaraq yol-nəqliyyat hadisəsi törədib.

Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan iki sərnişin, 23.04.2005-ci il təvəllüdlü Kamal Əhmədov və 26.09.2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti