...

Bakıda birmərtəbəli ev yanıb

Hadisə Materials 24 İyul 2025 05:24 (UTC +04:00)
Bakıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 75 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyündən keçən elektrik naqilləri 0,5 paq.m və taxta atmalar 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti