Bakı. Trend:
Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil sürücüsü 23 yaşlı Xaçmaz rayon sakini Mehtiyev Şahbala Asəf oğlu idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.
Trend xəbər verir ki, avtomobilin sürücüsü hadisə yerində ölüb.
Sərnişini Süleymanov Ceyhun Zülfüqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba RMX-a yerləşdirilib.
Araşdırma aparılır.