...

Neftçalada bazar ərazisində yanğın olub

Hadisə Materials 10 Noyabr 2025 23:15 (UTC +04:00)
Neftçalada bazar ərazisində yanğın olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Neftçala şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala şəhərində bazar ərazisində metal və taxta konstruksiyalardan ibarət ümumi sahəsi 300 m² olan, bir dam altında tikilən obyektlərdən 3 ədəd tərəvəz satışı mağazasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Digər mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti