Bakı.Trend:
Paytaxtda baş verən qəzada svetofor yararsız vəziyyətə düşüb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb, piyada svetoforuna isə zərər dəyib.
İlkin ehtimala görə, qəza sürücü diqqətsizliyi səbəbindən olub. Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforların yenisi ilə əvəz edilməsi işləri görülür.
