...

Samuxda 10 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxs saxlanıldı

Hadisə Materials 21 Yanvar 2026 08:54 (UTC +04:00)
Samuxda 10 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxs saxlanıldı

Bakı. Trend:

Samuxda 10 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35 yaşlı Səməd Əliyev tutulub.

Onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotik vasitələri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti