...

Metroda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkəti bərpa olunub (YENİLƏNİB)

Hadisə Materials 29 Yanvar 2026 18:05 (UTC +04:00)
Metroda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkəti bərpa olunub (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.trend:

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Trend xəbər verir ki, bu barədə "Bakı metropoliteni" QSC məlumat yayıb.

xxx

17:35

Saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Trend xəbər verir ki, bu barədə "Bakı metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

"Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti