Bakı.Trend:
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V. Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə 03.02.2026-cı il tarixdə saat 05 radələrində baş verib. Belə ki, 19.08.2001-ci il tarixdə anadan olan Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 24.10.2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna Gəncə şəhəri, M. Bağırov küçəsində kəsici alətlə bir dəfə zərbə vurub. Hadisə nəticəsində V.Rzayev “Döş qəfəsinin arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası” xəsarəti alıb.
Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.
Əlavə edək ki, Veysəl Rzayev "Kəpəz" futbol klubunun oyunçusudur.
