...

“Bağırov” tunelindən keçə bilməyən yük avtomobili qəza törətdi (VİDEO)

Hadisə Materials 4 Fevral 2026 11:46 (UTC +04:00)
“Bağırov” tunelindən keçə bilməyən yük avtomobili qəza törətdi (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti “Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, ilkin ehtimala görə, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib:

“O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti