...

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Fevral 2026 02:22 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yyanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkixmərtəbəli binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənmədən, mənzillərə keçmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri bina sakinlərini təxliyə edib.

xxx

01:42

Bakıda Babək prospekti 10 ünvanında yaşayış binası yanır.

Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

"Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir", məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti