...

Moskva klinikalarında 18 azərbaycanlının müalicəsi davam etdirilir

Hadisə Materials 27 Fevral 2006 13:04 (UTC +04:00)

Moskvada Basman bazarının damının çökməsi nəticəsində yaralanmış və şəhər klinikalırına yerləşdirilmiş 18 azərbaycanlının müalicəsi davam etdirilir. Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, yaralılara 29,33,36,71 saylı şəhər klinik xəstəxanalarında və Sklifosovski adına ETİ-də tibbi xidmət göstərilir.

Basman bazarında baş vermiş hadisə nəticəsində 45 azərbaycanlı həlak olub. Fevralın 25-də Moskva-Gəncə-Bakı marşrutu ilə Gəncəyə 39, Bakıya isə 2 cənazə gətirilib. Həlak olanların əksəriyyəti Gəncə və ona yaxın regionların sakinləridir. Günortaya yaxın isə Bakıya, Naxçıvana və Gürcüstana 3 cənazə gətirilib.

Hazırda Moskvada ötən bazar günü xəstəxanada keçinmiş daha bir azərbaycanlının cənazəsi qalıb.

Xəbər lenti

Xəbər lenti