...

Azərbaycanın Rusiyadakı səfirliyi ikinci zəhərlənmiş azərbaycanlı inşaatçını aşkar edib

Hadisə Materials 17 Avqust 2006 18:34 (UTC +04:00)

Son məlumatlara əsasən, iki azərbaycanlı inşaatçı zəhərləndiyinə görə Moskva klinikalarına yerləşdirilib. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Baxış Zeynalov xəbər verib.

Onun sözlərinə görə, 1975-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Ceyhun Qayıb oğlu Hüseynov (Goranboy rayonu) İvanseyevka qəsəbəsinin xəstəxanasındadır. Səfirliyin əməkdaşları xəstəxanada C.Hüseynova baş çəkiblər, onun səhhəti normal qiymətləndirilir.

İkinci Azərbaycan vətəndaşı - Botkin adına Moskva infeksiya xəstəxanasına yerləşdirilmiş Zakir Məmmədovdur (35 yaş). Onun vəziyyəti orta ağırdır və müalicə təxminən 10 gün davam edəcək.

B.Zeynalov xüsusi olaraq qeyd edib ki, xəstələrdə hələ salmonellez aşkar edilməyib və dəqiq diaqnozun müəyyən olunmasına bir neçə gün lazım olacaq. Xəstələrdə zəhərlənmə əlamətləri, hərarət müşahidə olunub, ona görə də onlar müvəqqəti olaraq izolyatora yerləşdiriliblər. Ümumilikdə isə, ciddi narahatçılığa heç bir səbəb yoxdur.

Xatırladaq ki, RF-nin baş sanitar həkimi, Rusiya istehlak nəzarəti idarəsinin başçısı Gennadi Onişenko avqustun 16-da bildirib ki , Moskva və Moskva ətrafında salmonellezin ilkin diaqnozu ilə bir neçə tikinti şirkətlərinin 200-dən çox işçisi xəstəxanaya yerləşdirilib. Xəstələnənlər Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır. Onların sahibi türk vətəndaşı olan "Dəniz" MMC-nin Moskva tikintilərinə tədarük etdiyi qida məhsullarından bu xəstəliyə tutulduğu güman edilir. Hazırda müəssisə bağlıdır, istintaq materialları isə prokurorluğa verilib.

Xəbər lenti

Xəbər lenti