...

Xaçmazın prokuror müavini: "Atlant"dakı ölüm faktı ilə əlaqədar cinayət işi araşdırmalar başa çatdıqdan sonra başlana bilər

Hadisə Materials 31 Avqust 2006 18:14 (UTC +04:00)

Avqustun 31-də Nabrandakı "Atlant" İstirahət Mərkəzində baş vermiş ölüm faktı ilə əlaqədar cinayət işi araşdırmalar başa çatdıqdan sonra başlana bilər. Bu barədə Trend ə Xaçmaz rayon prokurorunun müavini Fərahim Hüseynli məlumat verib.

Prokuror müavininin sözlərinə görə, hadisə gecə saat 01.00 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən "Atlant" istirahət mərkəzində baş verib. "1 həftə əvvəl həyat yoldaşı ilə birlikdə istirahət etmək üçün "Atlant"a gələn Bakı şəhər sakini Cavadov Elşən Rasim oğlu istirahət mərkəzinin ərazisində, hovuzun kənarındakı günəşdən qorunmaq üçün nəzərdə tutulan çətirdən özünü asıb. Elşən Cavadov Azərbaycan Respublikası Dövlət Xüsusi Mühafizə İdarəsinin əməkdaşı olub.

Faktla bağlı cinayət işi başlanmasına əlimizdə hələlik heç bir əsas yoxdur. Tərəfimizdən hadisə yerinə baxış keçirilib və məhkəmə-tibb ekspertizası təyin edilib. Müstəntiqimiz Sabir Əhmədov tərəfindən faktla əlaqədar ilkin araşdırma aparılır. Hərtərəfli, obyektiv araşdırma aparıldıqdan sonra qanuni qərar qəbul ediləcək" - deyə F.Hüseynli bildirib.

Xəbər lenti

Xəbər lenti