...

Pirəküşüküldəki hərbi şəhərcikdə məcburi köçkünlər bələdiyyə və polis əməkdaşlarını daş-qalaq ediblər

Hadisə Materials 11 Oktyabr 2006 15:57 (UTC +04:00)

Bakının Pirəkəşükül qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşmağa cəhd edən məcburi köçkünlər bələdiyyə nümayəndələrini və əraziyə gələn polis əməkdaşlarını daş-qalaq ediblər. Bu barədə Trend ə Abşeron Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib.

Güzdək bələdiyyəsinin rəhbərliyi həmin məcburi köçkünlərə torpaqların zəbt edilməsi, özbaşına tikinti işləri aparılması ilə əlaqədar xəbərdarlıqlar edib. Bu xəbərdarlıqlar qulaqardına vurulduğu üçün bələdiyyə rəhbərliyi Abşeron Rayon Polis Şöbəsinə məktubla müraciət edib. Köçkünlərlə danışıqlar aparılması üçün bələdiyyə nümaynədələri ilə Abşeron RPŞ-nin bir qrup əməkdaşı birgə həmin əraziyə gəliblər. Orada məskunlaşmağa cəhd göstərən bir qrup (30-40 nəfər) şəxs polis əməkdaşlarını və bələdiyyə işçilərini daş-qalaq ediblər. Nəticədə RPŞ-nin 3 əməkdaşı xəsarət alıb.

Hazırda faktla əlaqədar Abşeron RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti