...

Tərtərdə qətl hadisəsi baş verib

Hadisə Materials 20 İyun 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonunun Poladlı kəndindəki su arxının kənarında çərşənbə günü səhər saatlarında kişi meyiti tapılıb. Tərtər rayon Polis Şöbəsinin rəis müavini Məhərrəm Hüseynov bildirib ki, Tərtər rayon sakini 1964-cü il təvəllüdlü Əlövsət Alış oğlu Qocayev ötən gün mal-qaranı otlaq sahəsinə apararkən naməlum şəxslər tərəfindən qətlə yetirilib. Cinayət hadisəsi ilə bağlı istintaq qrupu yaradılıb və araşdırma aparılır.

Tərtər paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti