...

Şamaxıda aparılan təmir işləri zamanı orta əsrə aid yaşayış məskəni aşkarlanıb

Hadisə Materials 20 İyun 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti Şamaxı rayonu ərazisində tikinti-təmir işləri apararkən çərşənbə günü orta əsr aid qədim yaşayış məskəni, qədim qəbir abidələri və mis pul dəfinəsi aşkarlanıb. Bu barədə çərşənbə günü Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli məlumat verib.

Onun sözlərinə görə, tikinti-təmir işləri zamanı Şamaxının Nağaraxana kəndi ərazisində orta əsr yaşayış məskəni, qədim qəbir abidələri və mis pul dəfinəsi dağıdılıb. Fakt aşkarlandıqdan dərhal sonra Mədəniyyət və Turizm Nazirliyi işi dayandırıb. Hazırda nazirliyin və institutun ekspertləri hadisə yerinə gediblər.

Müseybli bildirib ki, yaranmış vəziyyətlə bağlı "Azərenerji"yə etiraz məktubu göndərilib. Onun sözlərinə görə, hər bir təşkilat tikinti və qazıntı işləri aparmazdan önzə ərazinin arxeologiyasını öyrənmək üçün müvafiq qurumlara müraciət etməlidir. "Azərenerji" bununla bağlı heç bir quruma müraciət etməyib.

"Azərenerji" ATSC-dən bildiriblər ki, Şamaxıda elektrik-ötürücü xətlərində bərpa işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti