...

Azərbaycan sərhədçilər gürcüstanlı çobanının öldürülməsi barədə məlumatı təkzib edir

Hadisə Materials 28 Avqust 2007 12:17 (UTC +04:00)
Azərbaycan sərhədçilər gürcüstanlı çobanının öldürülməsi barədə məlumatı təkzib edir

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Dövlət Sərhəd Xidməti Gürcüstan-Azərbaycan sərhədində mal-qara otaran çobana Azərbaycan sərhədçiləri tərəfindən atəş açılması barədə məlumatı təkzib edib. Bu barədə çərşənbə axşamı Sərhəd Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Bazar ertəsi Gürcüstan-Azərbaycan sərhədində, "Qırmızı körpü" buraxılış məntəqsinin yaxınlığında azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayon sakini, 34 yaşlı Elmixan Nəsibova atəş açılıb. Nəsibov yerindəcə keçinib.

Kvemo Kartli regionunun güc strukturlarından Trend ə bildiriblər ki, Gürcüstan vətəndaşı Nəsibov bu gün sərhədin yaxınlığında mal-qara otararkən səhər saat 8-də Azərbaycan tərəfdən bir neçə atəş açılıb.

Gülələrdən biri Nəsibovun boynuna, digəri isə əlinə dəyib. Çobanın mal-qaranı Azərbaycan-Gürcüstan sərhəd postları arasında otardığı artıq müəyyən olunub. İstintaq hələ ki, Nəsibovun Azərbaycanla sərhədi pozması faktını təsdiqləyə bilmir.

İlkin tədqiqat Kvemo Kartli regionunun polisi tərəfindən aparılıb, dəlil-sübutlar və güllələr hadisə yerindən götürülüb. Nəsibovun ailəsi məhkəmə tibbi ekspertizanın aparılmasından imtina edib.

"Hazırda istintaqın kimin tabeliyinə verilməsi məsələsi həll olunur, belə ki, sərhəddə baş verən hadisə istintaqı aparan tərəfdən daha yüksək səriştə tələb edir" - deyə Gürcüstanın güc strukturlarındakı mənbə Trend ə bildirib. O, iki ölkənin sərhəd xidmətləri tərəfindən birgə istintaq aparılacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti