...

Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb

Maraqlı Materials 12 Aprel 2012 20:51 (UTC +04:00)
ABŞ-da internet saytlarının birinin apardığı sorğu nəticəsində Fransa turistlərlə ən kobud rəftar edən ölkə seçilib.
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Salmanov/

ABŞ-da internet saytlarının birinin apardığı sorğu nəticəsində Fransa turistlərlə ən kobud rəftar edən ölkə seçilib. Bu barədə cümə axşamı Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

İnternet saytı apardığı sorğuda üzvlərinə belə bir sualla müraciət edib: "Getdiyiniz ölkələrdən ən çox hansında yerli xalqın kobud münasibəti ilə üzləşmisiniz?".

1200 nəfər arasında keçirilən sorğuda Fransa 34 ölkə arasında birinci yeri tutub. Sorğunun ikincisi isə Rusiya seçilib. Sorğuda iştirak edənlər ABŞ-ı 7-ci, Türkiyəni isə 11-ci yerə layiq görüblər.

Filippin, Karib adaları və Braziliya isə turistlərlə ən kobud davranan ölkələr arasında sonuncu yerləri tutublar.

Xəbər lenti

Xəbər lenti