...

Dünyanın çox yaxşı qorunan üç sirri (FOTO)

Maraqlı Materials 16 İyul 2012 16:31 (UTC +04:00)
Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan “Coca Cola”nın düsturunu çox gizli saxlaması son dərəcə təbiidir.
Dünyanın çox yaxşı qorunan üç sirri (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir X.Murtuzayeva/

Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan "Coca Cola"nın düsturunu çox gizli saxlaması son dərəcə təbiidir. Çünki dünyada bir çox kola markalarının olmasına baxmayaraq, o, hələ də lider mövqeyinə sahibdir. Bu barədə Trend Türkiyə mətbuatına istinadən yazır.

Onun tərkibi hər kəsi maraqlandırır. Amma məlum olan yalnız qabarcıqlı su, qarğıdalı siropu, kofein və qəhvərəngi boyaq maddəsidir.

Deyilənlərə görə, bu ləzzətli içkinin formulu dünyada yalnız iki şəxsə məlumdur. Lakin onların hər biri onu tam şəkildə yox, yalnız yarısını bilirlər. Həqiqi formul onlar yalnız birlikdə olarkən ortaya çıxır. Formulun orjinalı və surəti Atlantadaki "SunTrust" bankında saxlanılır. Bu sirrin yaxşı qorunması üçün şirkət "SunTrust" bankına 48,3 milyon dollarlıq pay ayırıb.

"Coca Cola" şirkətinin siyasətinə uyğun olaraq sirri bilən bu iki şəxsin eyni təyyarədə səyahət etməsi qadağandır. Bütün bunlara baxmayaraq, "Cola" içkisinin içərisində Coca bitkisindən bir qatqı olduğu məlumdur.

KFC-nin 11 şəfalı otu və sousu

KFC firmasının menyu sirləri 1930-cu illərdə benzindoldurma məntəqəsi işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan gəlir.

Sanders müharibə zamanı əsgər getməməsinə baxmayaraq 1936-cı ildə uğurlarına görə medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders eyni zamanda bir restoran şəbəkəsi qurmağa başlayır. Tezliklə böyük uğur qazanan şirkətin əslində ən böyük uğurlarından biri 11 şəfalı ot və xüsusi souslar oldu. "Coca Cola" firmasında olduğu kimi bunun sirrini də sadəcə şirkətin iki idarəçisi bilir.

Sirr KFC şirkətinin əsas binasında saxlanır. Ən bacarıqlı təhlükəsizlik xidməti gəlsə belə bu düsturu ələ keçirə bilməz. Çünki o, çox yaxşı şəkildə qorunur. Sirrin qorunduğu yer iki metr qalınlığında divarları, hər yeri kameralarla dolu, 7-dən 24-dək silahlı mühafizəçi, iki müxtəlif açar, 2 müxtəlif PİN şifrəsi olan otaqdan ibarətdir. Bəli, bütün bunlar bir toyuq üçün edilir. Amma həmin şirkətin dünyanın ən çox toyuq satan firması olduğunu düşünəndə, bu, heç də qəribə görünmür.

Oliver Kromvelin kəlləsinin saxlanıldığı yer

Oliver Kromvel 1600-cü illərdə İngiltərədə monarxiya quruluşuna təkbaşına son qoyan əhəmiyyətli şəxsiyyətlərdən biridir. Kromvelin təbii səbəblərdən baş verən ölümündən sonra monarxiya quruluşu yenidən bərqərar olur. II Kral Çarlz Kromvelin təkrar öldürülməsinə dair əmr verir. Onun məzarı qazılaraq cəsədi çıxarılır və dar ağacından asılır.

Cəsədi 12 saat dar ağacında saxlatdıran kral Kromvelin başını kəsdirir. Daha sonra Kromvelin kəlləsi muzey tərəfindən alınır. Daha sonra isə bir kolleksiyaçıya satılır.

Kəllənin son sahibi 1957-ci ildə öldükdən sonra onun oğlu kəlləni saxlamaq istəmir və dəfn etmək üçün münasib yer axtarır. Başı basdırmaq üçün 3 il yer axtaran ailə nəhayət istəyini həyata keçirə bilir. Hazırda isə iki nəfərə, Kembric Universitetinin iki professoruna Kromvelin kəlləsinin basdırıldığı yerin harada olduğu məlumdur.

Məzarın özünün harada yerləşdiyi məlum olmasa da, onun istiqamətini göstərən işarə mövcuddur. Qeyd edək ki, bu sirr yalnız professorlardan professorlara ötürülə bilir.

Xəbər lenti

Xəbər lenti