...

Qubada 11 uşaq, 30 nəvə və 3 nəticəsi olan nənə (VİDEO)

Maraqlı Materials 2 Fevral 2013 12:38 (UTC +04:00)
Azərbaycanda "Qəhrəman ana" statusunun yenidən bərpa olunması məsələsi müzakirə olunur. Trend Regional TV-yə istinadən xəbər verir ki, 70 yaşlı Quba rayonu Xucbala kənd sakini Həbibə Xanbabayeva da bu qanun layihəsinin tezliklə qəbul olunmasını gözləyən qadınlardandır.
Qubada 11 uşaq, 30 nəvə və 3 nəticəsi olan nənə (VİDEO)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycanda "Qəhrəman ana" statusunun yenidən bərpa olunması məsələsi müzakirə olunur. Trend Regional TV-yə istinadən xəbər verir ki, 70 yaşlı Quba rayonu Xucbala kənd sakini Həbibə Xanbabayeva da bu qanun layihəsinin tezliklə qəbul olunmasını gözləyən qadınlardandır.

Ailədə tək övlad olan Həbibə Xanbabayeva 1958-ci ildə 15 yaşında həmkəndlisi Rzabala Xanbabayevlə nikaha daxil olub. Həmin nikahdan Xanbabayevlər ailəsində 7-si qız, 4-ü oğlan olmaqla 11 uşaq dünyaya gəlib. İndi Həbibə nənə övladları, 30 nəvəsi və 3 nəticəsinin əhatəsində xoşbəxt günlərini yaşayır.

Həbibə Xanbabyeva 25 il sağıcı işləyib, böyük əmək sərf etməklə uşaqlarını böyüdüb.

1979-cu ildə SSRİ dövründə ona "Qəhraman ana" adı verilib.

Milli Məclisdə müzakirəyə çıxarılacaq "Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında" qanun layihəsində nəzərdə tutulub ki, 10 və daha çox uşağı, o cümlədən övladlığa götürülən uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən qadınlar "Qəhrəman ana" hesab edilməlidir.

Qanunda "Qəhrəman ana"lara bir sıra güzəştlər nəzərdə tutulub.

Layihədə "Qəhrəman ana"lara yüksək məbləğdə birdəfəlik pul mükafatının verilməsi təklif olunub.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti