...

İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir

Maraqlı Materials 11 Fevral 2013 20:50 (UTC +04:00)
İnsan orqanizmi dərmansız və heç bir terapiyanın köməyi olmadan sərbəst şəkildə xərçəngin öhdəsindən gələ bilər. Onkoloqlar belə qənaətə etdikləri kəşf nəticəsində gəliblər.
İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir X.Murtuzayeva/

İnsan orqanizmi dərmansız və heç bir terapiyanın köməyi olmadan sərbəst şəkildə xərçəngin öhdəsindən gələ bilər. Onkoloqlar belə qənaətə etdikləri kəşf nəticəsində gəliblər. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Pensilvaniya Universitetinin alimləri TRAIL proteinini aktivləşdirən TIC10 molekulunu kəşf ediblər. Həmin protein xərçəngi məhv etməyə kömək edir.

Zəhərsiz TRAIL proteini immun nəzarəti zamanı, xərçəng hüceyrələrinin axtarışı prosesində şişin inkişafının qarşısını alır. Müəyyən edilib ki, bu proses xərçəngin artması müddətində dayandırılanda yeni törəmə nəzarətsiz çoxala bilər.

Öz növbəsində, TIC10 molekulu hematoensefalitik maneəni aradan qaldırmağa da qadirdir. Bu da onun beyin xərçənginə qarşı səmərəliliyini artırır.

Molekul TRAIL-i yalnız xərçəng hüceyrələrinə deyil, həm də sağlam hüceyrələrə "daxil edir". Nəticədə həm xərçəng hüceyrələri, həm də onları əhatə edən hüceyrələr ölürlər. Bu zaman sağlam hüceyrələr dəstək göstərməklə öz səthlərində TRAIL reseptorlarının sayını artırırlar.

Hələlik molekul siçanlar üzərində sınaqdan keçirilsə də, alimlər onun insanlarda işlək olacağına şübhə etmirlər. Hazırda mütəxəssislər TRAIL-in süni versiyasının hazırlanması imkanlarını öyrənirlər. İndiki məqamda isə bu proteinin dərman formasında təhlükəsiz olduğunu söyləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti