...

"Zümrüd kralı" vəfat edib

Maraqlı Materials 6 Aprel 2013 17:03 (UTC +04:00)
Kolumbiyada "zümrüd kralı" ləqəbli məşhur sahibkar Viktor Karransa 78 yaşında vəfat edib. O, dünyada bu qiymətli daşın hasilatının böyük hissəsinə nəzarət edirdi.
"Zümrüd kralı" vəfat edib

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Kolumbiyada "zümrüd kralı" ləqəbli məşhur sahibkar Viktor Karransa 78 yaşında vəfat edib. O, dünyada bu qiymətli daşın hasilatının böyük hissəsinə nəzarət edirdi. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Prostat vəzin xərçənbgindən əziyyət çəkən Karransa iki həftə əvvəl xəstəxanaya yerləşdirilsə də həkimlər onun həyatını xilas edə bilməyiblər. Son vaxtlaradək sahibkar ölkədəki daha çox gəlirli zümrüd mədənlərinin mülkiyyətçisi, eləcə də Kolumbiyanın ən iri torpaq sahiblərindən biri idi. O, həmçinin dünyada iki ən iri və ən qiymətli zümrüdün - "Fura" (11 min karat) və "Tena"nın (2 min karat) sahibidir.

Düşmənçilik edən qruplaşmalar arasında mübahisələrin aradan qaldırılmasında əsas vasitəçi olan Karransanın ölümündən sonra zümrüd istehsalçıları "yaşıl müharibə"nin yenidən dirçələcəyindən ehtiyatlanırlar.

Qeyd edək ki, dünyada ən iri zümrüd tədarükçüsü olan Kolumbiyada hər il 120 milyon dollarlıq qiymətli daş hasil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti