Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Ulucay Məmmədov/
Pivə butulkasının qapağını Luis Suares ilə açmaq! Çinlilər "Liverpul"un uruqvaylı hücumçusunun dişləmək bacarığından daha hansı formada istifadə etmək imkanlarını düşünüblər.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, istehsalçıları "El Pistolero" adlı qapaq açanları yaratmağa futbol tarixinin "baş gəmiricisi və ya vampiri" ilhamlandırıb.
Xatırladaq ki, 2014-cü il mundialında L.Suares Uruqvay - İtaliya oyununda rəqib komandanın müdafiəçisi Corco Kiellininin çiynini dişləyib. Bu, uruqvaylı futbolçunun karyerası ərzində üçüncü oxşar hadisədir.