...

Siyasətin təsiri: "Americano" qəhvəsi "Russiano" oldu

Maraqlı Materials 7 Noyabr 2014 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Ukraynanın separatçı Krım regionundakı bəzi kafelərdə "Americano" qəhvəsinin adı dəyişdirilərək "rossiyano" və "Krım" ilə əvəz edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Belə ki, yerli kafelərdən birində müştəriləri belə bir elan qarşılayır: "Diqqət! Qeyri-sabit geosiyası vəziyyətlə bağlı bizdə "Americano" adlı qəhvə yoxdur. "Krım" qəhvəsi soruşun".

Avtomat içki aparatlarından birinin düyməsində "amerikano" (Americano) düyməsi artıq "rossiyano"ya (Russiano) dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti