...

Qoca hindli dəfn tonqalında özünə gəldi

Maraqlı Materials 24 Dekabr 2014 19:00 (UTC +04:00)
Hindistanın Racastan ştatının Bhilvara şəhərinin öldüyü zənn edilən sakini yandırılmaq üçün artıq dəfn tonqalına qoyulduqdan sonra özünə gəlib.
Qoca hindli dəfn tonqalında özünə gəldi

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Hindistanın Racastan ştatının Bhilvara şəhərinin öldüyü zənn edilən sakini yandırılmaq üçün artıq dəfn tonqalına qoyulduqdan sonra özünə gəlib. Bu barədə Trend Daily Mail-ə istinadən məlumat verir.

Belə ki, 72 yaşlı Dipak Sinqh öz evinin həyətində inəklərə yem verərkən qəflətən huşunu itirib. Hadisə yerinə çağırılmış həkim kişinin öldüyünü təsdiqləyib.

D.Sinqh artıq kremasiya mərasiminə bütün hazırlığın görüldüyü və qohumlarının ənənəvi dini nəğmələri oxumağa başladıqları vaxt gözlərini açıb. Nəvəsi Banda Halvanın sözlərinə görə, nəğmələr daha ucadan səslənməyə başlayanda D.Sinqh tərpənməyə başlayıb, daha sonra isə gözlərini açaraq oturub. Qohumları kişinin tonqaldan yerə düşməsinə kömək ediblər.

Az sonra özünə gələn Dipak deyib: "Ümid edirəm ki, onlar məni yenidən yandırmağa cəhd etməzdən əvvəl həqiqətən öldüyüm ana qədər gözləyəcəklər".

Hindlilərdə cəsədin tonqalda yandırılması ənənəsi, əsasən, Qanq çayının sahillərində yerləşən və hindistanlıların müqəddəs şəhəri sayılan Varanasidə tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti