...

Alpinistlər əlçatmaz qayanı xüsusi ləvazimat olmadan fəth etdilər

Maraqlı Materials 15 Yanvar 2015 15:01 (UTC +04:00)
İki amerikalı alpinist dünyanın əlçatmaz qayalarından biri olan El Kapitan qayasını xüsusi təchizat olmadan fəth ediblər.
Alpinistlər əlçatmaz qayanı xüsusi ləvazimat olmadan fəth etdilər

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

İki amerikalı alpinist dünyanın əlçatmaz qayalarından biri olan El Kapitan qayasını xüsusi təchizat olmadan fəth ediblər. Trend-in cümə axşamı "Euronews" telekanalına istinadən verdiyi məlumata görə, indiyədək heç kəs buna müvəffəq olmamışdı.

Alpinistlər 30 yaşlı Kevin Yorgensen və 36 yaşlı Tommi Kolduell olublar. Onlar yalnız əl və ayaqların, eləcə də kəndir və sığorta kəmərlərinə güvəniblər.

Alpinistlər qışda əllərin daha az tərlədiyi üçün bu mövsümdə fikirlərini həyata keçiriblər. Alpinistlərin fəthi 19 gün davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti