Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/
"Whatsapp" istifadəçilərinin illərdir gözlədiyi xidmət nəhayət işə salındı. Trend-in cümə axşamı "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu gündən etibarən istifadəçilər kompüterdən də "Whatsapp"la mesaj yaza biləcəklər.
Bununla da SMS xidməti istifadəçilərinin xeyli azalacağı gözlənilir. Yeni xidmətdən yararlanmaq üçün web.whatsapp.com ünvanına daxil olaraq telefondakı "Whatsapp" əlavəsini açıb ekrandakı QR kodunu skan etmək lazımdır.
Veb saytdan söhbət etmək üçün telefonun internetə bağlı olması və bağlantını kəsməmək tələb olunur.