...

Uzun növbələrə görə tutuldular

Maraqlı Materials 3 Fevral 2015 14:39 (UTC +04:00)
Venesuelada mağazalar şəbəkəsinin sahibləri uzun növbələr yaratdıqlarına görə tutulublar.
Uzun növbələrə görə tutuldular

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Məftun Salmanov/

Venesuelada mağazalar şəbəkəsinin sahibləri uzun növbələr yaratdıqlarına görə tutulublar. Trend-in çərşənbə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, bu barədə bəyanatla ölkə Prezidenti Nikolas Maduro çıxış edib.

Onun sözlərinə görə, mağazalar şəbəkələrinin rəhbərləri işçilərin bir qismini qəsdən işdən azad edib ki, xalqa pilsik etsinlər. Bununla belə, neçə nəfərin həbs ediliyi barədə dəqiq məlumat yoxdur.

Prezident 4 ərzaq supermarketini süni şəkildə defisit yaratmaqda və malların qaçaqmalçılığında ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti