Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/
Mavzoleydə Vladimir Leninin cəsədinə yeni kostyum geyindirəcəklər.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, bu və digər mütəmadi prosedurları yerinə yetirmək üçün mavzoley fevralın 16-dan aprelin 16-dək bağlı olacaq.
V.Lenini biokimya mütəxəssisləri geyindirəcəklər. Kostyumun dəyişdirilməsi bir neçə il ərzində bir dəfə baş verir.
Qeyd edək ki, "proletariatın rəhbəri" V.Leninin cəsədi 1924-cü il yanvarın 21-də mumiyalanıb.