...

Narkotik insanı niyə vaxtından əvvəl qocaldır?

Maraqlı Materials 17 Fevral 2015 17:08 (UTC +04:00)
Narkotikdən çox istifadə edən insanın xarici görünüşü çox tez dəyişir.
Narkotik insanı niyə vaxtından əvvəl qocaldır?

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Narkotikdən çox istifadə edən insanın xarici görünüşü çox tez dəyişir.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, bu yaxınlarda Kaliforniya Universitetinin alimləri bunun necə və niyə baş verdiyini müəyyənləşdiriblər.

Belə ki, narkotik vasitə olan metamfetamin ciddi vərdiş yaradaraq beyin və digər orqanları zədələyir. Bu da öz növbəsində, bir sıra xəstəliklər törədir.

Müəyyən edilib ki, metamfetamin metabolizmdə yağları qəbul etmir və nəticədə orqanizmin hüceyrələri sürətlə qocalmağa başlayır. Orqanizmdə iltihab prosesi başlayır və keramid deyilən molekullar formalaşır. Molekullar hüceyrələri yaşlanmağa və ölməyə vadar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti