Azərbaycan, Bakı, 7 aprel /Trend/
Norveçli xanım musiqiçi 60 saat fasiləsiz konsert verməklə rekorda imza atıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, orqan ifaçısı Nina İrslinqer musiqi alətinin klaviaturası arxasında 60 saat keçirməklə dünya rekordu qırıb. O, "Beatles", "Bee Gees", "Secret Garden" aruplarının və amerikalı müğənni Prinsin mahnılarını ifa edib.
N.İrslinqer bu konserti 60 yaşını qeyd etmək məqsədi ilə Troitsa kilsəsində keçirib. İki gecə dayanmadan konsert verən qadın cəmi 35 dəqiqə dincəlib. Onun adının "Ginnesin rekordlar kitabı"na salınacağı gözlənilir.