...

Balıq gəmi kapitanını öldürdü (FOTO)

Maraqlı Materials 3 İyun 2015 03:57 (UTC +04:00)
Havay alarında gəmi kapitanı qılınc balığı tərəfindən öldürülüb.
Balıq gəmi kapitanını öldürdü (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend /

Havay alarında gəmi kapitanı qılınc balığı tərəfindən öldürülüb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bədbəxt hadisə kapitanın qılınc balığını tutmaq istəyərkən baş verib.

47 yaşlı Randi Lleyns nizəli ov silahı ilə qılınc balığını tutmağa cəhd edib. Belə ki, qılınc balığını görən R.Lleyns suya tullanıb. O, balığı vurduqdan sonra balıq çabalamağa başlayıb və bu zaman R.Lleynsi sinəsindən ağır yaralayıb.

R.Lleyns dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti