...

Tibb üzrə Nobel mükafatını yaponiyalı alim aldı

Maraqlı Materials 4 Oktyabr 2016 09:42 (UTC +04:00)
İsveçin paytaxtı Stokholmda tibb sahəsi üzrə Nobel mükafatı laureatının adı elan edilib.
Tibb üzrə Nobel mükafatını yaponiyalı alim aldı

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda tibb sahəsi üzrə Nobel mükafatı laureatının adı elan edilib. Trend xarici KİV-ə istinadən məlumat verir ki, 2016-cı ildə bu mükafata autofaqiya mexanizmlərinin kəşflərinə görə yapon alimi Yesinori Osumi layiq görülüb.

Bu qərar Nobel Assambleyasının 50 üzvü tərəfindən səsvermə yolu ilə qəbul edilib.

Y.Osumi 1945-ci ildə Yaponiyanın Fukuoka şəhərində anadan olub. 1974-ci ildə Tokio Universitetində doktorluq dərəcəsini alıb. Nyu-Yorkun Rokfeller Universitetində üç il araşdırmalar aparan alim daha sonra Tokio Texnologiya İnstitutuna gələrək burada tədqiqat qrupu yaradıb.

Yapon bioloqu hüceyrə daxili parçalanma prosesinin tədqiqi ilə iyirmi ilə yaxın bir müddətdə məşğul olub. Tədqiqatlar nəticəsində alim tərəfindən mayada autofagiyaya cavabdeh olan genləri ayırmaq və digər orqanizmlərin hüceyrələrində oxşar prosesləri təsvir etmək mümkün olub.

Alimin tədqiqatları müxtəlif fizioloji proseslərin (aclığa adaptasiya, yoluxmaya reaksiya) hissələri kimi autofagiya anlayışında yeni istiqamətin əsasını qoyub.

Qeyd edək ki, Osuminin tədqiqatları elmi mühitdə autofagiyanın populyarlaşmasına gətirib çıxardıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti