...

Merilin Monronun paltarı hərracda 4,8 milyon dollara satıldı

Maraqlı Materials 18 Noyabr 2016 11:48 (UTC +04:00)
Hollivud aktrisası Merilin Monronun ABŞ-ın 35-ci prezidenti Con Kennedinin doğum günü mərasimində geydiyi paltar hərracda satılıb
Merilin Monronun paltarı hərracda 4,8 milyon dollara satıldı

Bakı. Trend:

Hollivud aktrisası Merilin Monronun ABŞ-ın 35-ci prezidenti Con Kennedinin doğum günü mərasimində geydiyi paltar hərracda satılıb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, paltar Los-Ancelesdə keçirilən hərracda 4,8 milyon dollara satılıb.

Bu paltarı M.Monro 1962-ci mayın 19-u Kennedinin 45-ci doğum günündə geyinmiş və bütün dünyada məşhurlaşmış "Happy Birthday Mr.President” mahnısını səsləndirmişdi.

Üç gün davam edəcək hərraca M.Monronun digər əşyaları - paltarlar, aksesuarlar və imzalı fotoları da çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti