...

Xalq nağılına həsr olunan poçt markaları buraxılıb

Maraqlı Materials 10 Oktyabr 2019 10:43 (UTC +04:00)
Poçt markalarının üzərində "Zumrad və Kimmat" adlı özbək xalq nağılına aid təsvirlər yer alıb.
Xalq nağılına həsr olunan poçt markaları buraxılıb

Bakı. Trend:

Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi “Özbək xalq nağılları” seriyası çərçivəsində “Zumrad və Kimmat” adlı nağıla həsr olunan poçt markalarını dövriyyəyə buraxıb.

Trend-in məlumatına görə, cüt şəklində çap olunan seriya beş poçt markasından və bir kupondan ibarətdir.

Poçt markalarının üzərində "Zumrad və Kimmat" adlı özbək xalq nağılına aid təsvirlər yer alıb. Kuponda nağılın adı, rəsm müəllifinin adı və soyadı öz əksini tapıb.

Bu seriyadan olan poçt markaları 30х42 mm ölçülərində hazırlanıb və tiraji 8 min nüsxə təşkil edir. Eyniləşdirmə nömrələri verilərək nominallar müəyyən olunub.

Bu maraqlı layihə rəssam X.Sadikova və dizayner E.Kartseviça məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti