Bakı.Trend:
Avropa orbitə kvant şifrələnməsindən istifadən edən geostasionar peyk buraxacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, kvant şifrələnməsinin təmin edən avadanlığın yaradılmas üzrə büdcə maliyyələşdirilməsi “Thales Alenia Space və Hispasa” şirkətinə həvalə olunub. Müqavilənin müddəti – iki il, büdcəsi isə 104 milyon avrodur.
“Hispasat”ın baş direktoru Migel Panduro bildirib ki, kvant protokolunun köməkliyi ilə şifrələnmə açarlarının tətbiqi gələcək kommunikasiyaların təhlükəsizliyində bir mühüm tərəqqiyə yol açacaq. Yeni texnologiya ilə kosmosda uzaq məsafələrə məlumat ötürülməsinin təkmilləşəcəyi gözlənilir.