...

AFFA “D” kateqoriyalı məşqçi kurslarına start verib

Maraqlı Materials 2 Mart 2025 21:58 (UTC +04:00)
AFFA “D” kateqoriyalı məşqçi kurslarına start verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kursları başlayıb.

Trend xəbər verir ki, kurs AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub və ona 20-dən çox şəxs cəlb edilib.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun məqsədi və əhəmiyyəti barədə ümumi məlumat verərək, onlara uğurlar arzulayıblar.

Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov iştirakçılara ilkin futbol bilikləri ilə bağlı məlumat təqdim ediblər.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti