Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XXV turun son oyunu keçirilib.
Trend xəbər verir ki, turun yekun matçı Tovuzda baş tutub.
“Kəpəz” doğma meydanda “Neftçi”ni qəbul edərək minimal hesabla qalib gəlib. Oyun taleyini həll edən yeganə qolu 50-ci dəqiqədə Şevroni Mabatşoev vurub.
Qeyd edək ki, növbəti turun qarşılaşmaları martın 8-10-da keçiriləcək.